AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bölgələrə səfər çərçivəsində Qusar rayonunda olub.
AFFA-dan AZXEBER.COM-a verilən məlumata görə, "Səbail” futbol Kubunun üzvləri Rahid Əmirquliyev və Kamran Ağayevlə birgə E.Məmmədov Qusar şəhər 4 saylı orta məktəbin meydançasında aşağı yaş qruplarından ibarət komandaların üvləri ilə görüşüb. Uşaqlara AFFA-nın adından futbol geyimləri və toplar verilib. Sonra simvolik oyun keçirilib.




