AFFA rəsmisi "Bavariya" - "Çelsi" oyununa təyinat alıb

AFFA rəsmisi "Bavariya" - "Çelsi" oyununa təyinat alıb
İDMAN
19:12 14.09.2025
175
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

AZXEBER.COM xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.

Sentyabrın 17-də Münhen şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
OXŞAR XƏBƏRLƏR