Vaqif Sadıqov: Yurçeviçlə davam etsək, eyni nəticələr olacaq

Vaqif Sadıqov: Yurçeviçlə davam etsək, eyni nəticələr olacaq
İDMAN
11:00 12.06.2019
4464
Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin Slovakiyaya biabırçı hesabla uduzması narazılıqla qarşılanıb. Bunun nəticəsi kimi, oyundan dərhal sonra AFFA İcraiyyə Komitəsinin iclası keçirilib və yığmamızın baş məşqçisi Nikola Yurçeviçdən hesabat tələb edilib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”ya açıqlama verən AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov da oyundan dərhal sonra təcili toplantı keçirildiyini təsdiqləyib:

"Çox danışmağa ehtiyac yoxdur. Pis oyun keçirdik. Əvvəl elə idi ki, meydanda bizi qane etməyən oyun tabloda razı salırdı və ya əksinə olurdu. Ancaq dünən nə meydandakı, nə də tablodakı oyun bizi qane etdi. Buna görə də oyundan dərhal sonra İcraiyyə Komitəsinin üzvləri təcili toplantı keçirərək millimizin baş məşqçisi Nikola Yurçeviçdən hesabat tələb etdi”. 

Vaqif Sadıqov açıqlamasında Yurçeviçin istefaya göndərilməsi ehtimalından da söz açıb:

"Hazırda belə vəziyyətdə nəsə demək çətindir. Yurçeviçə İcraiyyə Komitəsinin narazılığı bildirilib. Yaxından ondan hesabat tələb olunacaq və o zaman müzakirə aparılacaq. İndidən nəsə deməyə çətinlik çəkirəm. Geniş müzakirələrə ehtiyac var.  Görünən odur ki, Yurçeviçlə davam etsək, eyni nəticələr olacaq. Lakin hər şeyi baş məşqçinin üzərinə atmaq da düzgün deyil. Bu, komanda işidir. Biz Yurçeviçi milliyə baş məşqçi təyin edəndə, o, bizə Azərbaycan futbolu ilə yaxından tanış olduğunu bildirmişdi. Tezliklə güclü bir komanda yaradacağını demişdi. Ancaq təəssüf ki, bunun şahidi olmamışıq”. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: “Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir
20:12 03.07.2025
İlham Əliyev: “Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir
Qeyri-sabit hava iyulun 7-dək davam edəcək - FAKTİKİ HAVA
20:08 03.07.2025
Qeyri-sabit hava iyulun 7-dək davam edəcək - FAKTİKİ HAVA
Sezenin yeni çıxan albomu dünya sıralamasında
19:59 03.07.2025
Sezenin yeni çıxan albomu dünya sıralamasında
Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
19:42 03.07.2025
Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!
19:34 03.07.2025
ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
19:24 03.07.2025
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
19:09 03.07.2025
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
18:50 03.07.2025
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
18:43 03.07.2025
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
18:25 03.07.2025
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
18:21 03.07.2025
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Tacirin ev qiymətinə olan saatı - FOTO
18:10 03.07.2025
Tacirin ev qiymətinə olan saatı - FOTO
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
18:00 03.07.2025
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
17:57 03.07.2025
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
17:50 03.07.2025
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
17:31 03.07.2025
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub