12:33 Bazar Günü, 22 Iyul 2018
DÜNYA

Ailəsindən ayrı yaşayan 15 yaşlı qız hamilə qaldı - Anasının etdikləri dəhşətə gətirir

11:50, 07.07.201813011
Ailəsindən ayrı yaşayan 15 yaşlı qız hamilə qaldı - Anasının etdikləri dəhşətə gətirir
"Biz bu uşağı istəmirik".

Bu sözləri xəstəxananın yaxınlığındakı küçədə uşaq doğan 15 yaşlı qız və onun anası söyləyib.

Çində 15 yaşlı tələbə qız küçədə, "Taixing People's Hospital"ın yaxınlığında uşaq doğub. Anası uşağı zirzəmiyə ataraq qaçıb və uşağı istəmədiklərini söyləyib.

Hadisə şahidləri körpəni və anasını xəstəxanaya çatdırıblar. Hazırda uşağın vəziyyəti normaldır.

Qeyd edək ki, qız ailəsindən ayrı, başqa şəhərdə təhsil alıb. O, sevgilisi ilə cinsi əlaqədə olub, hamilə qalıb.

Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.
 
///Milli.Az 
XƏBƏR LENTİ