Ağıllı saatlarla bağlı XƏBƏRDARLIQ

MARAQLI
12:06 26.02.2024
220
ABŞ-nin Qida və Dərman İdarəsi (FDA) qan şəkərinin səviyyəsinə nəzarət etdiyini iddia edən ağıllı saat və üzüklərə qarşı xəbərdarlıq edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, son illərdə taxıla bilən texnologiyalar bir çoxları üçün əvəzolunmaz hala gəlsə də, mütəxəssislər bu cihazlara qarşı xəbərdarlıq edirlər.

ABŞ Qida və Dərman Administrasiyasının bəyanatında deyilir ki, dərini deşmədən tibbi məqsədlər üçün qan şəkərinin səviyyəsini ölçdüyünü iddia edən ağıllı saatlar və üzüklər təhlükəli ola bilər və onlardan qaçınılmalıdır.

25 ildir diabet texnologiyasını araşdıran David Klonoff bildirib ki, bir çox şirkət qan şəkərini ölçmək üçün qeyri-invaziv cihazlar üzərində işləyir, lakin heç biri FDA təsdiqini almaq üçün kifayət qədər dəqiq və təhlükəsiz məhsul yarada bilməyib.

Mikayıl

OXŞAR XƏBƏRLƏR