Akif Çovdarov kürəkəninin xətrinə dəyəni necə cəzalandırıb? - Şok hadisə

Akif Çovdarov kürəkəninin xətrinə dəyəni necə cəzalandırıb? - Şok hadisə
SOSİAL
10:46 17.10.2016
6079

MTN polkovniki Çovdarovun kürəkəninə yer verməməyə görə vəzifəsini itirib; həbs olunmamaq üçün də 300 min verib.

Keçmiş MTN-nin Energetika və Həqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, hazırda həbsdə olan general mayor Akif Çovdarovun barəsindəki cinayət işindəki epizodlardan biri də Bakıdakı məşhur "Passaj” bazarının sahibindən alınan pulla bağlıdır. Ən maraqlısı budur ki, bazarın səhmdarı Əziz Aşurbəyovun oğlu İlqar Aşurbəyov özü də 2010-cu ilə qədər MTN-də işləyib, idarə rəisi, polkovnik-leytenant olub. Akif Çovdarov Aşurbəyovlar ailəsindən pulu da elə İlqarın həbsilə hədələməklə alıb. İlqar Aşurbəyovun ən böyük günahı isə Çovdarovun qızının həyat yoldaşı Rəşad Əmircanovun xətrinə dəyməsi olub. Elə bu hərəkətinə görə də MTN-dəki işini itirməklə yanaşı, həm də həbs olunmamaq üçün Akif Çovdarova 300 min manat vermək məcburiyyətində qalıb. Bu məbləğin də 250 min manatını atası Əziz Aşurbəyov, qalan 50 minini isə qayınatası Əflatun Kərimovdan alıb. Pul da iki dəfəyə verilib – birinci dəfə birbaşa Akif Çovdarovun özünə verib, ikinci dəfə isə Çovdarovun köməkçisi Rövşən Ədilov vasitəsilə ona çatdırıb. Bunu Ədilovun özü də təsdiqləyir.

"Çovdarov kürəkəninə görə mənə narazılığını bildirdi”

MTN polkovniki Çovdarovun qəzəbinə tuş gəlməsi və ondan 300 min manatı alması barədə istintaqa ifadəsindən məlum olub ki, o da əvvəllər – 1988-2004-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif müxtəlif vəzifələrdə işləyib. 2004-cü ildə Eldar Mahmudov nazir təyin olunandan sonra keçmiş iş yerinə olan DİH-dən bir sıra kadrlar kimi, İlqar Aşurbəyovu da MTN-ə gətirib. O da 2004-cü ildən MTN-də polkovnik-leytenant rütbəsi ilə xidmətimi davam etdirib və 2010-cu ilə qədər həmin nazirlikdə işləyib.

İlqar Aşurbəyov 2004-cü ilin sonlarında nazirliyin Əks-kəşfiyyat idarəsinin Aviasiya şöbəsinin 2-ci bölməsinin rəisi vəzifəsinə təyin olunub. Struktur dəyişikliyi ilə əlaqədar 2008-ci ilin oktyabrında Aviasiya İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Xidməti ərazi Bakıdakı Binə Hava Limanı olub. O, idarə rəisi olan dövrdə Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov onun rəhbərlik etdiyi quruma əməliyyat müvəkkili vəzifəsinə təyin olunub.

Bundan sonra baş verənlər barədə İlqar Aşurbəyov istintaqa bunları deyib: "Lakin həmin idarənin hava limanında yerləşən ərazisində boş xidməti otaq və avadanlıq olmadığı üçün mən Rəşad Əmircanova nazirliyin inzibati binasındakı otaqlarda oturmağı tapşırmışdım. Akif Çovdarov bununla bağlı zəng edərək öz narazılığını bildirdi. 2009-cu martın 19-da bilmədiyim səbəbdən birdən-birə sərəncama götürüldüm. Həmin dövrdə artıq Akif Çovdarov 6-cı Baş İdarənin rəisi təyin olunmuşdu və mənim rəhbərlik etdiyim idarə də onun tabeliyinə verilmişdi. Artıq başa düşdüm ki, Akif Çovdarov kürəkəninə yer verə bilmədiyim üçün mənimlə prinsip aparır”.

"Kürəkənimlə düzgün davransaydın, bu gün belə vəziyyətdə olmazdın”

İlqar Aşurbəyovun sözlərinə görə, sərəncama götürüldükdən təxminən 1-2 ay sonra – 2009-cu ilin aprel-may ayalarında Akif Çovdarovun adından ona zəng gəlib: "Heç bir səbəb deyilmədən təcili MTN-nin inzibati binasına çağırıldım. Akif Çovdarovun qəbul otağında bir müddət gözlədim, köməkçisi Rövşən Ədilovun məruzəsindən sonra Akif Çovdarovun qəbulunda oldum. Akif Çovdarov mənə kobud şəkildə dedi ki, "sən özünü apara bilmədin. Mənim pulum pulundan çoxdur, dostum dostundan çoxdur, gücüm də gücündən böyükdür. Sən əgər mənim kürəkənimlə düzgün davransaydın, bu gün belə bir vəziyyətdə olmazdın”. Sonra stolun üstündə olan kağıza yazmaqla və birbaşa özümə deməklə, 300 min verməyimi tələb etdi. Pulu verməyəcəyim halda, həbs ediləcəyimi dedi. Buna imkanım olmadığını dedim. O isə dedi ki, "get atandan al, onda var”. Həmin dövrdə atam Bakı şəhərində "Passaj” bazarının səhmdarlarından biri idi. Akif Çovdarov həmin pulu bir həftəyə gətirib verməli olduğumu dedi.

Bundan sonra nazirliyi tərk etdim, ertəsi gün atamın yanına getdim. Atamla danışdım və vəziyyətin ciddiliyini ona izah etdim. Atam 1-2 gün ərzində öz vəsaitindən 175 min düzəldərək, mənə verdi. Həmin gün öz maşınımla MTN-ə getdim. Həmin məbləği Çovdarovun otağında ona verdim”.

Aşurbəyovun dediyinə görə, məbləğin qalan hissəsini ödəmək üçün vaxt istəyib. Çovdarovun cavabı isə belə olub: "Mən bilmirəm, təcili qalan pulu da bir neçə günə düzəlt gətir. Qalan pulu köməkçim Rövşənə verərsən”.

İlqar Aşurbəyov deyir ki, qayınatası Əflatun Kərimova müraciət edib və ondan 50 min alıb. Qalan 75 mini isə yenidən atasından alıb. Təxminən 15 gün sonra qardaşı Kamranla birlikdə MTN-nə gediblər. Yolda Çovdarovun köməkçisi Rövşənlə əlaqə saxlayıb, onunla MTN-nin arxa hissəsində görüşüblər. Apardığı 125 mini də Rövşən Ədilova təqdim edib.

Çovdarovun köməkçisi də etiraf edir

Çovdarovun köməkçisi olmuş Rövşən Ədilov da istintaqa ifadəsində bildirib ki, MTN-in poliklinikası yerləşən tərəfdə, nəzarət-buraxılış məntəqəsində içində pul olduğunu düşündüyü paketi Aşurbəyovdan alaraq Akif Çovdarovun otağında təqdim edib.Onu da qeyd edək ki, İlqar Aşurbəyov bu ilin mayında prokurorluğa müraciət edib və bundan sonra zərərçəkmiş qismində tanınıb. //azadliq.info


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Liverpul"un keçmiş ulduzu 31 yaşında karyerasını BİTİRDİ
18:48 09.06.2026
"Liverpul"un keçmiş ulduzu 31 yaşında karyerasını BİTİRDİ
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etdi
18:37 09.06.2026
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etdi
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb