Akif Çovdarovun "Xatirə"nin başına açdığı oyunlar üzə çıxdı

Akif Çovdarovun "Xatirə"nin başına açdığı oyunlar üzə çıxdı
SOSİAL
13:37 13.10.2016
22643
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarovun silsilə cinayət əməllərindən daha biri məlum olub.
 
AZXEBER.COM qafqazinfo-ya istinadən bildirir ki, Kürdəmir rayonunun sabiq icra başçısı Fəxrəddin Məlikovun da cinayət işinə cəlb olunduğu epizod üzrə A.Çovdarov 44 min manat ziyan vurmaqda təqsirləndirilir.
 
Belə ki, general Kürdəmir rayonunda kənd təsərürfatı sahəsi üzrə bizneslə məşğul olmaq qərarına gəlib. Bu məqsədlə 2006-cı ilin yanvar ayında oğlu Ruslan Çovdarovun adına "RAF-2006" MMC yaradıb. Ardınca da Kürdəmir Rayon İcra Hakimiyyəti ilə torpaqların icarəyə verilməsi üçün müqavilələr bağlanıb. Rayonun Ərşəli kəndində 100 hektar, Qurdbayramlı kəndində 100 hektar, Mollakənd kəndinə 69 hektar ərazi faktiki olaraq Çovdarovun rəhbər olduğu şirkətə 99 illik icarəyə verilib. İcra hakimiyyəti Aparatının şöbə müdirinin müavini Əşrəf Şükürov isə həmin kəndlərdə yaşayan və 269 hektarın sahibi olan kəndliləri "bu şirkət MTN generalınındır, torpaqlarınızı o alır, sizə susmağı məsləhət bilirəm, yoxsa istənilən bəhanə ilə həbs oluna bilərsiz" deyərək qorxudub. Bu yolla torpaqlar dəyər-dəyməzinə alınaraq ələ keçirilib. Ə.Şükürov bu işin həllində "RAF-2006" MMC-nin direktoru Fəttah Seyidovla birgə işləyib.
 
İttiham verilən əsas məsələ isə "Xatirə" ilə bağlıdır. Çovdarovun Mollakənddə aldığı 99 hektar ərazinin tərkibində Şehman İmanova məxsus "Xatirə" yeməkxanası olub. Akif Çovdarov Şehman İmanovdan bu qeyri-yaşayış obyektini də almaq istəyib, lakin eyni üsulla, dəyərindən aşağı qiymətə. Bu zaman isə rədd cavabı alıb. Bundan sonra, general öz üsuluna əl atıb və icarəyə götürdüyü torpaq sahəsindən keçərək yeməkxanaya gedən yolları məftilli tellərlə bağlatdırıb. Bu çəpərlər 2009-cu ildən Çovdarovun vəzifədə olduğu günə kimi orada qalıb və yeməkxana faktiki olaraq fəaliyyətsiz olub.
 
Ş.İmanov "Xatirə"sini mühasirədən xilas etmək üçün Kürdəmir Rayon Məhkəməsinə müraciət edib və 2011-ci ilin may ayında "Çovdar çəpərləri"nin sökülməsi barədə qərar çıxarılıb. Lakin qərar sadəcə kağız üzərində qalıb. Sabiq icra başçısı Fəxrəddin Məlikov istintaqa ifadəsində hər şeydən xəbərsiz olduğunu deyib: "O bildirib ki, 2004-2012-ci illərdə həmin vəzifədə işləyib. "RAF-2006" MMC-yə torpaq ayrıldığını bilirdim, amma detalları xatırlamıram".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı