AKP PKK-nın Türkiyədən tamamilə çıxması qərarına münasibət bildirib

AKP PKK-nın Türkiyədən tamamilə çıxması qərarına münasibət bildirib
SİYASƏT
11:51 26.10.2025
80
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) PKK terror təşkilatının ölkə ərazisindən tamamilə çıxmasına dair qərarına münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə partiyanın sözçüsü Ömər Çəlik "X"də yazıb.

O bildirib ki, PKK-nın Türkiyə daxilindəki ünsürlərinin, eləcə də bölgədəki silahlı və qanunsuz birləşmələrin, xüsusən İraq və Suriyadakı silahlı və qanunsuz birləşmələrin dağıdılması və tərksilahın davam etdirilməsi "terrorsuz Türkiyə" prosesinin əsas gündəmidir. PKK-nın tərksilahın davam etdirilməsi "terrorsuz Türkiyə"yə nail olmaq üçün yol xəritəsinin əsas sütununu təşkil edir.

Ömər Çəlik vurğulayıb ki, bugünkü hadisələr, PKK-nın Türkiyədən çəkilmək qərarı və tərksilah istiqamətində yeni addımların atılacağı barədə açıqlaması ilə yanaşı, "terrorsuz Türkiyə" istiqamətindəki irəliləyişin konkret nəticələridir.

Qeyd edək ki, PKK Türkiyədən tamamilə çıxdığını açıqlayıb.

\"Report"
OXŞAR XƏBƏRLƏR