21:56 Cümə Axşamı, 25 Aprel 2019
İDMAN

Aleksandr Səmədov: "Özümü azərbaycanlı saymıram"

11:44, 04.09.20114869
Aleksandr Səmədov:
Artıq bir müddətdir ki, Rusiyada yaşayan həmyerlilərimiz Emin Mahmudovla Aleksandr Səmədovun Azərbaycan yığmasında çıxışı müzakirə olunur. Daha dəqiq desək, müzakirədən çox Azərbaycan tərəfinin dəvəti yalvarış xarakterlidi. Ancaq futbolçular hələ ki, Rusiya yığmasına düşmək şanslarını nəzərə alaraq “hə” deməyiblər. Bu məsələ Rusiyada da müzakirə obyektidi. Şimal qonşularımız da bu iki oyunçunu əldən verməkdə maraqlı deyillər. Son olaraq dünən efirə gedən ölkənin ən reytinqli futbol verilişi olan “Futbolnıy klub”da Mahmudovla Səmədovun məsələsi gündəmə gətirilib. Verilişin aparıcısı və Rusiyanın sayılıb-seçilən jurnalistlərindən olan Vasili Utkin Səmədovla bağlı süjetə giriş verərkən “iki futbolçu Azərbaycan tərəfinin təklifini müzakirə edir. Amma onlar Rusiya yığmasına çağırılacaqlarını da düşünürlər. Səmədov uzun zamandı itən Bıstrovun yerinə əsas namizəddi. Mahmudovun isə yaşı azdı və o 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında oynamaq şansına malikdi. Səmədovun hər nə qədər güclü oynasa da millinin məşqçilər korpusu bu futbolçuya dəvət göndərmək istəmir” deyib. Səmədovla bağlı süjetdə isə həmyerlimiz Azərbaycan tərəfindən saysız-hesabsız dəvətlər aldığını bildirib. Rusiya millisinə çağırılmaması ilə bağlı suala isə “Bu gün oynadığım oyunla özümə əminəm. Oynaya bilərəm. Həvəsdən düşmürəm. Niyə çağırılmamağımı Rusiyanın məşqçilər korpusundan soruşmaq lazımdı. Hər halda dəvət almıramsa da, həvəsdən düşmürəm. Daim var gücümlə məşq edirəm” deyə cavab verib. Maraqlıdı ki, Səmədov yığmamızdan tam imtina etmədiyini bildirib: “Azərbaycan indi də mənə maraq göstərir. Orada oynaya bilərəm”.Ən ağır sual isə “Sən özünü rus, yoxsa azərbaycanlı sayırsan?” olub: “Mən özümü azərbaycanlı saydığımı deyə bilmərəm. Mən rusam (Bu yerdə Səmədov pauza verir. Görünür, futbolçu bir anlıq bu verilrişin Azərbaycanda da izləniləcəyini anlayır). Çətin sualdı. Mən özümü hər iki dövlətin nümayəndəsi sayıram”. /// rekord.az
XƏBƏR LENTİ