Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadıldı
Bütün Xəbərlər
19:00 29.08.2013
842
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 3.4 faizinin təyin olunan vaxtadək qeydiyyatdan keçmədiyini (29 avqust 2013-cü il saat 17:00-dək) nəzərə alaraq qeydiyyatın son müddətinin 4 sentyabr saat 17:00-dək uzadılması barədə qərar qəbul edib. ANS PRESS Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən xəbər verir ki, bu müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin də qeydiyyat müddəti 4 sentyabr 2013-cü il saat 17:00-da başa çatacaq və bu müddət uzadılmayacaq.