14:35 çərşənbə, 12 Dekabr 2018
Maqazin

Ali təhsili olmayan azərbaycanlı müğənnilər: Aygün, Röya, Eyyub...

15:29, 03.10.201810013
Ali təhsili olmayan azərbaycanlı müğənnilər: Aygün, Röya, Eyyub...
Son dövrlər bəzi gənclərimiz özünü daha çox şou əhlinə oxşatmağa çalışır. Geyimində, davranışlarında onların hərəkətlərini yamsılayan kifayət qədər insanlar olsa da, bir çoxları hələ də bilmir ki, bir çox məşhur müğənnilərimizin elementar ali təhsilləri belə yoxdur.

AZXEBER.COM ali təhsili olmayan müğənnilərlə bağlı araşdırma aparıb.

Araşdırma zamanı məlum olub ki:

Aygün Kazımova orta məktəbin VIII sinfindən Bakı Mədəni Maarif texnikumuna qəbul olunub (o zamankı qanuna görə, VIII sinifi bitirən şagirdlər texnikuma sənəd verə bilirdilər). Sonradan texnikum təhsilini yarımçıq qoyub və ailə həyatı qurub. Bu səbəbdən Aygün orta məktəbi də tam bitirə bilməyib.

Xumar Qədimova da ali təhsili olmayan müğənnilərdəndir. Orta məktəbi bitirdikdən sonra ifaçılıqla məşğul olan müğənni deyilənə görə, heç zaman ali məktəbə sənəd verməyib.

Tünzalə Ağayeva Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alsa da, heç bir ali məktəbi bitirməyib. Yəni ali təhsili yoxdur.

Mətanət İsgəndərova orta məktəbi bitirdikdən sonra Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" xorunda oxuyub. Ali təhsili olmayan müğənni peşəkar fəaliyyətə 25 yaşında qədəm qoyub.

Röya Ayxan BDU-nun Hüquq fakültəsinə daxil olsa da, sonradan təhsilini yarımçıq qoyub. Müğənni kimi fəaliyyətə başladıqdan sonra əsas diqqətini bu sahəyə yönəldən Röya sonradan ali təhsil almayıb.

Damla (Məsumə Məmmədova) orta məktəbi bitirdikdən sonra universitetə imtahan versə də, qəbul ola bilməyib. Bundan sonra səhnəyə çıxan Damla qısa müddətə populyarlıq qazanıb.

Mətanət Əsədova üçüncü sinifdən ifaçılığa başlasa da, heç bir universitetdə təhsil almayıb. İlk dəfə "Kəsmə şikəstə" oxuyub.

Şəbnəm Tovuzlu da orta məktəbi bitirməklə kifayətlənən müğənnilərdəndir. O, heç bir ali təhsil müəssisəsində təhsil almayıb.

Türkan Vəlizadə son dövrlər populyar olsa da, ali təhsili yoxdur. Yenicə müğənniliyə başlasa da, kifayət qədər məşhurluq qazana bilib.

Nadir Qafarzadə 10 yaşından müğənniliklə məşğul olsa da, heç bir universiteti bitirməyib.

Bilal Əliyev Musiqi Texnikumunun "Xanəndə" fakültəsini bitirən ifaçı orta ixtisas təhsili ilə kifayətlənməli olub.

Eyyub Yaqubov orta ixtisas təhsilli olsa da, ali təhsil almayıb. Xalq artisti Musiqi Texnikumunu bitirib və bundan sonra ali təhsil almayıb.

Zamiq Hüseynov da orta ixtisas təhsilli müğənnilərdəndir. O, Musiqi Texnikumu bitirib və bundan sonra peşəkar fəaliyyətə başlayıb.

Namiq Qaraçuxurlu, Pərviz Bülbülə, Üzeyir Mehdizadə, Elşad Xose və digərlərinin də ali təhsili yoxdur.
 
Qeyd edək ki, məlumatlar ifaçıların wikipedia səhifələrinə istinadən hazırlanıb. 

Günel Hüseynli, 
AZXEBER.COM
XƏBƏR LENTİ