“Bu sənətə münasibət hər zaman birmənalı olmayıb”
Xalq artisti, ustad sənətkar Alim Qasımov AZXEBER.COM-a verdiyi açıqlamada, Elnur Hüseynovun Türkiyədə keçirilən “O səs Türkiyə” yarışmasında uğurlu çıxışından sonra sosial şəbəkələrdə dolaşan ziddiyyətli fikirlərə münasibətini açıqlayarkən söyləyib.
Korifey sənətkar bildirib ki, bütün zamanlarda Azərbaycan xalq sənəti, musiqisinə münasibət birmənalı olmayıb: “Füzulinin qəzəlini hər adam anlaya bilmədiyi kimi, bizim bu sənətimizi də, musiqimizi də hər kəs duya, anlaya, dəyər verə bilməz. O sənətkar kimi özünü təqdim etsin, tanıtsın. Gəncdir, yəgin ki, o özünü bir daha sınayır. Mən ona bu yolda uğurlar diləyirəm”.
Azxeber.com