Ustad sənətkar jurnalistləri qınadı
“Mənim səhhətimin ağır olduğu barədə deyilənlər doğru deyil. Hər şey yaxşıdır və hazırda hər zamankı kimi mən sənətimlə məşğulam. Təəssüf edirəm ki, xəstələnməyimlə bağlı xırda, adi bir xəbəri bu qədər şişirdiblər. Bir az soyuqlamışdım. İndi məşqlərimi davam etdirirəm və səsimdə də heç bir problem yoxdur”.
Bu sözləri respublikanın xalq artisti, korifey sənətkarımız Alim Qasımov AZXEBER.COM-a son günlər mətbuatda sənətkarın ağır xəstələnməsi, səsinin batması və hətta həkimlərin onun oxumasına qadağa qoyması barədə yayılan xəbərlərə münasibətini açıqlayarkən söyləyib. Ustad sənətkar jurnalistlərin xəstələnməsi barədə məlumatları bu şəkildə qabartmalarını başa düşmədiyini söyləməklə yanaşı, onları qeyri-peşəkarlıqda qınadı.
Xatırladaq ki, mətbuatda son günlər yayılan xəbərlərə görə, Alim Qasımovun səs tellərində ciddi problemlər yaranıb və həkimlər ona danışmağa belə icazə vermirlər.
Azxeber.com