Alim Qasımov və qızı Parisdə konsert proqramı ilə çıxış edəcək

MƏDƏNİYYƏT
18:00 01.11.2016
1800
Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova noyabrın 5-də Parisdə konsert proqramı ilə çıxış edəcəklər.
 
AZXEBER.COM xəbər verir ki, konsert proqramı Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək. "Philharmonie De Paris - Cite De La Musique”də reallaşacaq konsertdə sənətkarları tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Əsgərov, zərb alətində Cavidan Nəbiyev müşayiət edəcək.

OXŞAR XƏBƏRLƏR