Alim Qasımovun səsi batdı

MƏDƏNİYYƏT
16:00 30.11.2014
2438

“Qızımın sayəsində sənətə qayıtdım”.

Səs tellərimdə ciddi problem yaranıb. Həkimlər danışmağa belə icazə vermirlər.AZXEBER.COM xəbər verir ki, bu sözləri xalq artisti Alim Qasımov musavat.com-a açıqlmasında bildirib.

Qeyd edək ki, görkəmli xanəndə bir müddət öncə də belə bir problemlə üzləşmişdi.

O, mətbuata açıqlamasında bildirmişdi ki, yaranan problemə görə hətta sənətindən uzaqlaşıb:

“Etiraf edim ki, qızımın sayəsində sənətə qayıtdım. Fərqanə olmasaydı, sənətə qayıtmayacaqdım. Həmişə özümü qızıma borclu bilirəm. Allah şahiddir ki, bu sözlərim həqiqətdir”.

OXŞAR XƏBƏRLƏR