Alimlərdən möcüzəvi kəşf - Dünyada həyəcana səbəb olacaq

Alimlərdən möcüzəvi kəşf - Dünyada həyəcana səbəb olacaq
DÜNYA
13:40 12.05.2022
1285
Alimlərin möcüzəvi kəşfi hər kəsi heyrətləndirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da aparılan araşdırma tibb aləmində böyük həyəcana səbəb olub. 

"Nature” jurnalında dərc olunan araşdırmanı həyata keçirən elm adamları ölü bir insandan alınan gözün yenidən həyata qaytarıla biləcəyini müəyyən ediblər. Alimlər torlu qişadakı hüceyrələrin işığa reaksiya verdiyini və ölümdən 5 saat sonra da əlaqə saxladığını müəyyənləşdiriblər.

Ölən donordan alınan gözün canlı göz kimi fəaliyyət göstərdiyinə diqqət çəkən elm adamları beyinə bu müdaxilə edilərsə, mərhumun həyata qaytarıla biləcəyini də bildiriblər.

Alimlər donordan göz götürüldükdən dərhal sonra oksigen və digər qidaları gözə çatdıran xüsusi texnologiya hazırlayıblar.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR