Almaniya kansleri: "Qərb ölkələri Ukraynaya maliyyə və hərbi dəstək verməyə davam edəcək"

Almaniya kansleri: "Qərb ölkələri Ukraynaya maliyyə və hərbi dəstək verməyə davam edəcək"
DÜNYA
23:16 19.04.2022
419
"Qərb ölkələri Ukraynaya maliyyə və hərbi dəstək verməyə davam edəcək".
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Qərb liderlərinin iştirakı ilə keçirilən videokonfransdan sonra keçirdiyi brifinqdə deyib.

"Bizim hamının razılaşdığı aydın prinsiplərimiz var: Ukrayna bizim həmrəyliyimizi və dəstəyimizi almağa davam edəcək", - Almaniya kansleri deyib.

O, "Böyük yeddilik” çərçivəsində Ukraynaya 50 milyard avro məbləğində maliyyə dəstəyinin göstərilməsini mümkün hesab edir:

Eyni zamanda Almaniya hökumətinin başçısı yenidən Rusiyanı Ukraynadakı xüsusi hərbi əməliyyatı dayandırmağa, qoşunları Ukrayna ərazisindən çıxarmağa və atəşkəs rejiminin yaradılmasına razılıq verməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR