Almaniya ordusu müharibəyə hazır deyil - SƏBƏB

DÜNYA
14:10 10.09.2024
149
Almaniyada aparılan araşdırmaya görə, ölkənin mümkün müharibəyə yalnız uzun illərdən sonra hazır olacağı bildirilib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Kiel Dünya İqtisadiyyatı İnstitutu (İfW) "Avropa və Almaniyanın Rusiyaya qarşı silahlanması” adlı araşdırma hesabatı hazırlayıb.

Hesabatda Almaniyanın savaşa yalnız uzun illər sonra hazır ola biləcəyi qeyd olunub. 

Buna səbəb ölkənin çox yavaş  silahlanması və orduya yetərincə maaliyyə ayırmaması göstərilir. Bütün bunlar  Almaniya və Rusiyanın hərbi potensialı arasında uçuruu  getdikcə genişlədir.

Buna misal olaraq, Almaniyanın 2004-cü ildə 423 döyüş təyyarəsi olduğu halda, 2021-ci ildə bu rəqəm 226-ya düşdüyü göstərilib. 

Rusiya isə Ukrayna müharibəsindən sonra hərbi istehsalatını təxminən 3 qat artırıb. Ölkə hazırkı istehsal gücünə görə Almaniyanın illərdir topladığı hərbi ehtiyatı cəmi 6 aya özü istehsal edə bilər.

Cəmalə
OXŞAR XƏBƏRLƏR