Almaniya Ukraynaya 10 zirehli texnika və döyüş sursatları göndərib

Almaniya Ukraynaya 10 zirehli texnika və döyüş sursatları göndərib
DÜNYA
12:04 05.01.2024
162
Almaniya Ukraynaya 10 ədəd "Marder” zirehli döyüş texnikası və "Leopard-2” tankları üçün döyüş sursatları göndərib.

Bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Almaniyadan gələn yeni yardım paketinə qış geyimləri, MK 556 hücum silahları və 115 mm-lik döyüş sursatları daxildir.

Qeyd edək ki, 2023-cü ildə Almaniya Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə 5,4 milyard avro yardım edib. 2022-ci ildə isə bu yardım 2 milyard avro təşkil edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR