Almaniya Ukraynaya yeni sursat partiyası göndərib

Almaniya Ukraynaya yeni sursat partiyası göndərib
DÜNYA
18:58 05.09.2023
235
Almaniya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində yeni istehsal olunmuş sursat partiyası göndərib.

Bu barədə alman müdafiə sənayesi şirkəti olan "Rheinmetall” tərəfindən dərc edilən press-relizdə məlumat verilib.

Qeyd olunub ki, "Gepard” özüyeriyən zenit qurğuları üçün xeyli sayda (on minlərlə) yeni istehsal sursat artıq Ukraynadadır.

Həmçinin əlavə olunub ki, bu sursatların Almaniyada yenidən istehsal edilməsinə səbəblərdən biri 50 ildən bundan əvvəl hazırlanmış mərmilərin artıq istismara yararsız olmasıdır.

Digər tərəfdən isə Braziliya və İsveçrə ordusunun arsenalında "Gepard” yer almasına baxmayaraq, bu ölkələr Kiyevə hərbi təchizatda iştirakdan imtina edib.
 
///APA
OXŞAR XƏBƏRLƏR