Almaniyada naməlum səbəbdən ikimərtəbəli avtobus yoldan çıxaraq aşıb.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 14-15 yaşlı azı 27 məktəbli xəsarət alıb.
Hadisə Almaniyanın qərbindəki Zauerland bölgəsində A45 avtomobil yolunda baş verib.
Avtobusda orta məktəb şagirdləri və müəllimləri var idi. Onlar Böyük Britaniyaya gedirmişlər.