Almaniyada Milad bazarına hücum planlaşdıran beş nəfər saxlanılıb

Almaniyada Milad bazarına hücum planlaşdıran beş nəfər saxlanılıb
DÜNYA
10:36 14.12.2025
114

Almaniya polisi ölkənin cənubundakı Dinqolfinq (Bavariya) şəhəri yaxınlığındakı Milad bazarına hücum planlaşdırmaqda şübhəli bilinən 5 nəfəri həbs edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, həbs cümə günü baş tutub. Şübhəlilərin üçü mərakeşli, biri misirli və digəri isə suriyalıdır.

Onlar Milad bazarındakı insanlara avtomobillə hücum etməyi planlaşdırıblar. İmam olan misirli üç mərakeşlini hücumu həyata keçirməyə çağırıb.

 /report

OXŞAR XƏBƏRLƏR