Almaniyada qatar stansiyada yandı: Sərnişinlər təxliyə edildi

DÜNYA
11:36 03.11.2024
188
Almaniyanın paytaxtı Berlinin yaxınlığındakı Ahrensfelde dəmiryol stansiyasında dəhşətli qatar yanğını baş verib.

BAKU.WS xəbər verir ki, hadisə yerinə dərhal Brandenburq və Berlin yanğınsöndürmə briqadaları cəlb olunub.

İlkin məlumatlara görə, naməlum səbəbdən qatarda güclü alovlanma başlayıb və qısa müddətdə bütün vaqonları əhatə edib. Xoşbəxtlikdən, sərnişinlər və ekipaj üzvləri vaxtında təxliyə oluna biliblər və xəsarət alan olmayıb.

OXŞAR XƏBƏRLƏR