Almaniyada yaşayan vətəndaşlarımızın NƏZƏRİNƏ

Almaniyada yaşayan vətəndaşlarımızın NƏZƏRİNƏ
SOSİAL
22:37 29.02.2024
331
Azərbaycanın Almaniyadakı səfirliyi ilk dəfə vətəndaşlarımızın sıx yaşadığı böyük şəhərlərdə səyyar konsulluq xidməti vasitəsilə ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsinə başlayır.

AZXEBER.COM xəbər verir ki, ilk belə xidmət martın 9-da Köln şəhərində göstəriləcək.

Növbəti aylarda digər böyük şəhərlər də əhatə olunacaq. Məqsəd bu və ya digər səbəbdən Berlinə səfər edə bilməyən vətəndaşlarımıza yerində operativ xidmət göstərməkdir.
OXŞAR XƏBƏRLƏR