Alsu sağlamlığı üçün bu qidalardan imtina edib

Alsu sağlamlığı üçün bu qidalardan imtina edib
MAQAZİN
11:03 05.11.2025
180
Rusiyalı müğənni Alsu sağlamlığına və əhvalına pis təsir edən qidalardan imtina etdiyini açıqlayıb.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bu iki qida şəkər tozu və kofedir.
 
Müğənni etiraf edib ki, yalnız iki qidadan - qəhvə və şəkərdən imtina etmək ona özünü daha yaxşı hiss etməyə kömək edib. Alsu arıqlamaq istəmədiyini, əksinə yuxusunu yaxşılaşdırmaq və enerjisini bərpa etmək istədiyini vurğulayıb. 

"Pəhriz saxlamaq və sağlam həyat tərzi mənim həyat prinsbipimdir. İndi, hətta tətildə belə, idman etməyə çalışıram. Şəkərdən imtina etdim, bir neçə ay qəhvə içmədim. Ümumiyyətlə, qəhvədən imtina etmək mənim üçün çox çətin idi. Özümü daha yaxşı hiss etmək, daha çox enerjiyə sahib olmaq istəyirdim. Və bu, həqiqətən də uğurlu oldu", - sənətçi verdiyi müsahibədə deyib.

Aysel
OXŞAR XƏBƏRLƏR