Rusiyalı müğənni Alsunun maraqlı etiraf edib. Pop ulduzun azərbaycanlı müğənni Ramal Əsədzadəni bəyəndiyi və onunla yatmaq istəməsi xəbəri Azərbaycan və Rusiya mətbuatında sürətlə yayılıb. Qarşı tərəfdən Alsuya cavab gəlib.
Ramal Əsədzadə show.az-a bu barədə açıqlama verdi.
“Bəli. Doğurdan da Alsu ilə eyni məclisdə olduq. Səmimi söhbətlərimiz oldu. Amma bilməzdim ki, onun məndən bu qədər xoşu gəlib”.
Müğənni sonda gülərək yatmaq məsələsinə də münasibət bildirdi. “Alsu istədiyinə nail olan xanımdır.Görünür, bu istəyinə də nail olmaq istəyir. O çox gözəl xanımdır. Düşünürəm ki, bu xanıma bir çox kişinin sahib olmaq istəyərdi”.