11:54 şənbə, 26 May 2018
TOP4

Amaliya Pənahova fotosu haqda: İşığı düz tutmayıblar

10:14, 20.04.20184853
Amaliya Pənahova fotosu haqda: İşığı düz tutmayıblar
Xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova ATV kanalında yayımlanan "Bizimləsən” proqramına telefonla bağlanaraq müzakirələrə səbəb olan fotosundan danışıb. 

Məşhur aktrisa açıqlama verərək fotosunun düzgün çəkilmədiyini deyib:

"Onlar şəklimi çəkmək istəyəndə təhrifə yol veriblər. Dünən başqa foto da çəkilmişdi. İndi mənim telefonumdadır. O fotonu göndərə bilərəm. Sadəcə olaraq, bunu edənlər məxsusi olaraq işığı düz tutmurlar, təsadüfən çəkirlər. 

Biri əlini kürəyinə qoyub şəkil çəkdi. Elə foto necə alınmalıdır? Mən də qalmaqal yaratmaq istəmirəm. Onlara nə deməliyəm? Bu, birinci hərəkət deyil. Məni təkləyiblər. Görünür, aidiyyəti orqanlara müraciət etməliyəm”.

Daha sonra aktrisa Zaurun "Yenidən plastik əməliyyat olunmusunuz” sualına "Yox, mənim başım başqa məsələlərə qarışıqdır”, - deyə cavab verib.
 
///Oxu.Az 
XƏBƏR LENTİ