AZXEBER.COM-un məlumatına görə, xəbəri Amerikanın “New York Post” qəzeti yayıb. Qəzet yazır ki, Alina Kabayevanın 3 yaşlı oğlunun atası sayılan Vladimir Putinnin 29 yaşlı gözəlçənin ikinci övladının da atası olduğu bildirilir. Məlumata görə, Alina Kabayevanın qızı hələ ötən ilin noyabrında dünyaya gəlib. Bundan sonra Vladimir Putin Olimpeiya çempionunu və iki övladını Soçidə Qara dəniz sahilindəki saraya köçürüb. Saray əvvəllər çarların iqamətgahı olub.“New York Post” xatırladır ki, Alina Kabayeva iki il əvvəl “Vogue” jurnalının üz qabığına bir oğlan uşağı ilə çəkilib. O, bildirib ki, uşaq onun deyil, qohumudurAmerika qəzeti onu da qeyd edib ki, Vladimir Putinin rəsmi həyat yoldaşı Lüdmila Putina ötən ilin yazında inauqurasiya mərasimindən sonra ictimaiyyət qarşısına çıxmayıb. “New York Post” yazır ki, Rusiyanın birinci xanımı Pskov yaxınlığındakı qədimi Yelizarov monastrının ərazisində 1,5 milyon dollar dəyərində qonaq evindədir və heç bir yerə çıxmır.