Ana ‘Quranı’ oxuya bilmədiyi üçün 5 yaşlı oğlunu ölümcül hala saldı - ŞOK

DÜNYA
00:16 21.01.2013
2690

Türkiyənin Antalya şəhərində “Quran” kursuna yazılan 5 yaşlı oğlunun yaxşı oxuya bilmədiyini görən ana onu ölümcül hala salıb.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Quran” kursunda dərs deyən müəllimə Rahimenur Sağlam 5 yaşlı oğlunu ölümcül hala salıb. Buna səbəb azyaşlının “Quranı” oxuya bilməməsi olub.

Təəcili xəstəxanaya aparılan 5 yaşlı körpənin vəziyyətinin ağır olduğu bildirilib.

Körpəni bu hala salan ana isə polis tərəfindən həbs edilib.

Faktla bağlı cinayət işi qaldırılıb.

OXŞAR XƏBƏRLƏR