"Anam öz ayağı ilə "Medica Hospital"a getdi, həkim səhvinə görə ayağından oldu" - FOTOLAR

"Anam öz ayağı ilə "Medica Hospital"a getdi, həkim səhvinə görə ayağından oldu" - FOTOLAR
MANŞET
17:12 16.06.2017
16369

Azərbaycanda daha bir xəstə həkim səhlənkarlığının qurbanı olub.

 

AZXEBER.COM-a müraciət edən Şaiq Şirinov adlı şikayətçi anasının "Medica Hospital"da müayinəyə getdiyini, daha sonra isə ayağını itirmək təhlükəsi ilə üz-zə gəldiyini deyir. Cərrah travmatoloq Emin Kazımdan şikayətçi olan Şaiq Şirinov deyir:

"Anam ayağındakı ağrılara görə 2017-ci ilin yanvarın 4-də "Medica Hospital” xəstəxanasına müraciət edib. Həmin gün anam müayinə olundu. Həkim bildirdi ki, diz qapağında qığırdağ yiyilib. Əməliyyat olunmalıdır. Həkimə dedim ki, anamın 64 yaşı var, acı fəsadlar ola bilər. Həkim təkidlə bildirdi ki, heç bir problem yoxdur. Əməliyyatdan 3 gün sonra yeriyəcək. Ödənişi də 7 min manat tələb etdi. Biz də dərhal ödədik. Ayın 7–si əməliyyat olundu. Əməliyyat zamanı anamın sinir sistemi kesilib. Həkim sinirin ötəri hal olduğunu bildirdi. Dedi ki, müəyyən müalicələrdən ötüb keçəçək. Biz 1 aydan sonra gördük ki, sinir tərpənmir. Biz mərkəzi klinikaya apardıq, orada Lalə xanım diaqnoz qoydu ki, ayaq siniri kəsilərək tam məhv edilmişdi”.

Şikayətçinin sözlərinə görə, həkim onlara əməliyyatdan bir həftə sonra anasının ayağını tərpədə biləcəyini deyib:

"Həkim bildirmişdi ki, əməliyyatdan 1 gün sonra ayaq işləyəcək. Amma olmadı. Həkimə vəziyyəti bildirdik. Həkimə siniri kəsdiyini dedik. Qətiyyətlə təkzib etdi. Bizi xəstəxananın rəhbərliyinin yanına qalxmağa da imkan vermədi. Sonra ayağın günü-gündən çürüyüb, şişdiyin gördük”.

Şikayətçi deyir ki, bütün həkimlər eyni sözü deyib: "Daha sonra başqa həkimlərə müraciət etdik. Dedilər ki, ayağa qoyulan implant keyfiyyət baxımından zəifdi. Ona görə ayaqda çürümə baş verib. Həkimə dedim ki, qoyduğun sinir çürümə verir, siniri də kəsmisən. Həkim cavabında "gedin nə istəyirsiz edin” dedi. Daha sonra anamı Türkiyəyə apardıq, çünki Azərbaycanda bildirmişdilər ki, ayaq kəsilməlidir. Anam Türkiyədə əməliyyat olundu. Hazırda ayağın kəsilmə təhlükəsi keçib, burada qoyulan keyfiyyətsiz implant çıxarılıb. Amma diz qapağı bir müddət qapanmayacaq. 1-2 gündən sonra sinir əməliyyatı olunacaq. 10 gün qaldıqdan sonra Azərbaycana gətirəcəyik. Oktyabr ayında bir dəfə də müayinə olunacaq. Daha sonra rahat yeriyə biləcək.”

Şikayətçi həkim Emin Kazım bağlı Xətai rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdiyini bildirib. O, həkimin onlara dəymiş 40 min manatı ödəməsini tələb edir.

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan həkim iddiaları qəbul etmir:

"Sinirin kəsilməsini yalnız Şaiq deyir. Sinir kəsilə bilməz. Protest qoyulanda mən vəziyyəti onlara dedim. 1000 xəstədən 14-də bu hal yarana bilər. Biz təkcə sol tərəfi əməliyyat etməmişik. Sağ ayağında hər şey normaldır. Birinci gün bəzi hərəkətlər oldu. Xəstə yaxınları səhlənkarlıq edib, fizioterapiyaya aparmayıblar. Nəticədə sinir ölüb”.

Həkimin sözlərinə şikayətçilər ondan Türkiyədə çəkilən xərcin ödənilməsini tələb ediblər:

"Məndən əməliyyatın pulunu tələb edirlər. Xaricdə əməliyyat etdiriblər. Buna mənim gücüm çatmaz. Amma Azərbaycan daxili edəcəkləri müalicələrə müəyyən köməklik edərəm. Ümumilikdə, 7 min manat ödəniş olunub. Onun da 5 mini protezə, 1000 AZN-də klinikaya verilib. Mənə cəmi 1000 AZN qalıb. Onu da xəstəyə bir oğlu kimi verə bilərəm. Xəstənin yaxınları mənə qarşı təhqiramiz ifadələr işlədirlər. Mən özüm onlara dedim ki, gedin aidiyyatı qurumlara şikayət edin. Yox əgər onlar belə təhqirlərə davam edəcəklərsə, mən özüm onlardan şikayət edəcəm”.


AZXEBER.COM











 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım