Yanvarın 20-də Şirvan şəhərində yaşayan Mətanət Salahovanın evinə qarət məqsədilə girən naməlum şəxs səs-küyə oyanan Mətanəti boğmağa cəhd göstərib, oğlu Elbrusa bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini İlkin Xanteymurov tutulub.
Faktla bağlı araşdırma aparılır.