Anası ilə sevgilisini bir otaqda tutaraq öldürən oğlan: - “Bilsəydim, ikisinin də başını kəsərdim”

Anası ilə sevgilisini bir otaqda tutaraq öldürən oğlan: - “Bilsəydim, ikisinin də başını kəsərdim”
KRİMİNAL
16:25 12.11.2013
10131
Bakıda namus üstündə anasının xənəndə sevgilisini öldürən oğulun məhkəməsində qalmaqal olub. 
Milli.Az-ın məlumatına görə, xanəndəSamir Mustafayevin qətlində təqsirli bilinən 16 yaşlı Aydın Orucovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesində qanlı hadisəyə səbəb olan ana döyülüb.Xatırlatma üçün bildirək ki, ağır cinayət hadisəsi iyulun 12-si saat 02:00 radələrində Nəsimi rayonu, Salamzadə küçəsi, 34 ünvanda baş verib. Qətldən sonra hadisənin əsl səbəbini araşdırılıb. Məlum olub ki,S.Mustafayev ilk olaraq mənzilə oğurluğa girən bir şəxs kimi öldürülüb. Lakin qətlinin əsl səbəbi mərhumun mobil telefonuna gələn sms oxunandan sonra məlum olub. Hadisə baş verən gecə Aydın Orucov yaşadığı evin ikinci mərtəbəsindən aşağı düşüb. Birinci mərtəbədə, anası yatan mərtəbədə səs eşidib. Evə oğru girməsindən şübhələnən Aydın əlinə bıçaq götürərək içəri keçib. O, evdə Samirlə rastlaşıb. Onlar arasında dava düşüb. Aydın bıçaqla Samirə iki zərbə vursa da, onu əlindən buraxıb.Samir evdən zorla çıxaraq ayaqyalın qaçmağa başlayıb. Onu təqib edən Aydın Samiri “Papanin” körpüsünün altında tutub. Orada da əlbəyaxa olublar. Samir fiziki cəhətdən güclü olduğundan Aydının boynunu qolları arasına alaraq sıxıb. Boğulduğunu görən Aydın bıçaqla ona yenidən bir neçə zərbə vurub. Zərbələrdən sonra Aydını buraxan Samir taksiyə minib və sürücüyə 1 saylı Şəhər Xəstəxanasına sürməsini əmr edib. Taksi xəstəxanaya çatanadək Samir maşında keçinib. Aydın polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Orta məktəbin 11-ci sinif şagirdi olan Aydın ifadəsində Samiri evlərinə məhz oğurluğa girməsinə görə vurduğunu deyib. Lakin istintaqçılar Samirin mobil telefonuna gələn sms-lərdən sonra qətlin əsl mahiyyətini ortaya çıxarıblar. Məlum olub ki, Samirin telefonunda son sms Aydının anası tərəfindən yazılmış “Qapı açıq olacaq, girərsən içəri” olub. Bu sms-dən sonra Samirin Aydıngilin evinə hansı məqsədlə getməsi aydınlaşır. Tutulandan sonra öldürdüyü Samirin anası ilə münasibəti olduğunu bilən Aydının sözləri belə olub: “Bilsəydim, ikisinin də başını kəsərdim”.Aparılan istintaq başa çatandan sonra iş məhkəməyə göndərilib. Hadisə şahidlərinin verdikləri məlumata görə, S.Mustafayevin və təqsirləndirilən tərəfin adamları A.Orucovun anasını döyüblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
Bank of Baku istiqrazlarını alın - illik 13% GƏLİR QAZANIN
15:44 17.09.2025
Bank of Baku istiqrazlarını alın - illik 13% GƏLİR QAZANIN