Andrey Şevçenko koronavirusa yoluxdu

Andrey Şevçenko koronavirusa yoluxdu
İDMAN
22:22 28.12.2021
345
İtaliyanın "Cenoa" futbol klubunun baş məşqçisi Andrey Şevçenko koronavirusa yoluxub.

AZXEBER.COM Genuya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis karantinə alınıb. Təcrid müddəti bitənədək komandanı məşqlərə onun köməkçisi Mauro Tassotti çıxaracaq.

Daha əvvəl "Cenoa"nın kapitanı Domeniko Krişitonun COVID-19 testi müsbət çıxıb.

Qeyd edək ki, Andrey Şevçenko bu ilin noyabrında "Cenoa"ya baş məşqçi təyin olunub.
OXŞAR XƏBƏRLƏR