“Ankarada terror aktı həyata keçirilib” - Türkiyə DİN

DÜNYA
17:40 23.10.2024
198
Xəbər verdiyimiz kimi, Türkiyənin paytaxtı Ankara şəhərində partlayış olub.

AZXEBER.COM xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya hadisəni terror aktı adlandırıb.

Nazir açıqlamasında ölü və yaralıların olduğunu deyib:

"Türk Aerokosmik Sənayesi A.Ş. (TUSAŞ) Ankaranın Kahramankazan obyektlərinə qarşı terror aktı həyata keçirilib.

Təəssüf ki, hücumdan sonra şəhidlərimiz, yaralananlarımız oldu.

Allah şəhidlərimizə rəhmət eləsin. Yaralılarımızın tezliklə sağalmasını arzu edirəm.

Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək. Rəsmi mənbələrdən gələn açıqlamaları nəzərə alın”.

OXŞAR XƏBƏRLƏR