Anna Akopyan Paşinyandan boşandı - Baş nazir açıqlama yaydı

Anna Akopyan Paşinyandan boşandı - Baş nazir açıqlama yaydı
DÜNYA
15:02 27.02.2026
323

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan onunla ayrıldığını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, Paşinyan bununla bağlı rəsmi "facebook" səhifəsində paylaşım edib. 

Akopyan isə Nikol Paşinyandan hökumət bağ evlərindən köçdüyünü açıqlayıb.

Onun sözlərinə görə, o, indi kirayə mənzildə yaşayacaq, çünki aldığı əmlak hələ də tikilməkdədir.

Yaşayış xərclərinə gəldikdə isə, onun "hesabında 5 milyon dram qalıb" və o, həmçinin "Mənim Addımım" fondu ilə işini davam etdirmək istəyir.

Lakin Akopyan bu fəaliyyətə görə cinayət məsuliyyətinə cəlb olunma ehtimalını da istisna etməyib.

Paşinyan isə paylaşımında onun qərarına hörmətlə yanaşdığını bildirib və son 30 ildə göstərdiyi dəstəyə görə təşəkkür edib.

OXŞAR XƏBƏRLƏR