ANS-in tanınmış aparıcıları şirkətdən niyə ayrılır? – EKSKLÜZİV

MARAQLI
17:31 07.04.2011
3995

İşçilər  mobil telefonla şirkətə buraxılmır...

İşçilərin ən böyük narazılığı isə onların mobil telefonlarla şirkətə buraxılmamasıdır. Mənbəmizin verdiyi məlumata görə, işçilər mobil telefonlarını kanala giriş zamanı bu işlə məşğul olan insanlara verirlər.

İstəməyənlər gedə bilərlər, qapı açıqdır...

Kanaldan ayrılan işçilər, xüsusilə, rəhbərliyin aqressiv münasibətinin dözülməz olduğunu vurğulayıblar. İşçilər kanal rəhbərliyi ilə konfliktə girdikdə onların rəhbərlikdən “istəmirsənsə, qapı açıqdır” cavabını eşitdiklərini söyləyiblər.

Tanınmış aparıcı müxbirlər ANS-ə əlvida deyib...

ANS-in tanınmış aparıcı-müxbirlərindən biri olan Ceyhun Əsgərov da artıq şirkətdəki fəaliyyətini dayandırdığını açıqlayıb. O, fəaliyyətini “Araz FM”-də (103.3) yayımlanan  tok-şou verilişi ilə davam etdirəcək. Bununla yanaşı, ANS ÇM-in tanınmış DJ-lərindən olmuş Surxay və Kəmalə də fəaliyyətlərini Araz FM-də yayımlanan “Səhər” verilişi ilə davam etdirirlər.

AZXEBER.COM portalı olaraq mövzuya yenidən qayıdacağıq...

OXŞAR XƏBƏRLƏR