15:27 Bazar Günü, 16 Iyun 2019
TOP4

"ANS-lə bağlı məsələ bitib" - MTRŞ

11:55, 07.05.20193123
"Baş Prokurorluğun məlumatının ANS televiziyasının fəaliyyətinin bərpası ilə bağlı yayılan məlumatlara heç bir aidiyyəti yoxdur".

AZXEBER.COM xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, ANS haqqında sosial şəbəkələrdə məlumatların yayımlanması bu televiziyanın yenidən açılması məsələsinin gündəmdə olması anlamına gəlmir: "Məlumatlar sosial şəbəkədə yayılırsa, bu o demək deyil ki, bu məsələ gündəmdədir. Bakı Apelyasiya Məhkəməsi ANS televiziyası ilə bağlı öz qərarını verib və televiziyanın fəaliyyətinə xitam verilib. Bununla da ANS televiziyası ilə bağlı məsələ bitib".
 
XƏBƏR LENTİ