ANS prezidentinin müşaviri: "Biz Kəmaləddin Heydərovu efirə dəvət etdik, amma gəlmədi".

MARAQLI
10:25 22.04.2011
1545
ANS prezidentinin müşaviri Mais Məmmədov isə siyasətçiləri və bu iddianı yayan qəzetçiləri ədalətsizlikdə suçladı. Müsahibimiz öncə dedi ki, qəzetlərin xülasəsi verilərkən daim “Yeni Müsavat” qəzetinə yer verilir. M.Məmmədova söhbətin qəzetimizdən yox, müxalif siyasətçilərdən getdiyini xatırlatdıqda isə o, “Azərbaycanda elə adam yoxdur ki, ANS-in efirinə çağırılmasın” dedi: “Ola bilər, müxalifətçilərin bizimlə münasibətləri pisdir. Ona görə də gəlmirlər. Amma bizə elə bir əmr yoxdur ki, müxalifəti efirə çıxartmayın”.
Müsahibimiz xatırlatdı ki, qısa müddət bundan öncə müxalifətçi ziyalı Mehriban Vəziri verilişə çağırıblarmış. Amma debata qarşı tərəf gəlmədiyi üçün M.Vəzirin də gəlişi ləğv olunub: “Heç kim mitinqi göstərmədi, amma biz göstərdik. Necə yəni müxalifətçi göstərmirik? Ona qalsa, bizim efirimizdə başqa adamlar da görünmür. Məsələn, biz Kəmaləddin Heydərovu efirə dəvət etdik, amma gəlmədi. Dedi, vaxtım yoxdur. Başqa nazirləri də dəvət etmişik, amma gəlməyiblər. Bəs onu niyə demirsiz ki, bu adamlar ANS-in efirində görünmür. Heç Ramiz Mehdiyev, Oqtay Əsədov da bizim verilişlərə qatılmayıb. Faktiki ölkə idarəçiliyində ən mühüm fiqurlardır”.
M.Məmmədov dedi ki, ANS-in efiri hər kəsin üzünə açıqdır. Müsahibimizin sözlərinə görə, canla-başla hamını verilişə qonaq çağırırlar: “İndi ”Nəzər nöqtəsi"ni yenidən açmışıq ki, ürək sözlərini desinlər. Gəlsinlər, görək kim nə demək istəyir".
Sevinc TELMANQIZI
musavat.com

OXŞAR XƏBƏRLƏR