05:11 Cümə Axşamı, 18 Iyul 2019
TOP4

APA yenidən açıldı

10:14, 04.06.20193501
APA yenidən açıldı
Ötən ilin avqustunda fəaliyyəti dayandırılan APA informasiya agentliyi bu gündən işini bərpa edib. 

AZXEBER.COM xəbər verir ki, bu barədə saytın rəhbəri Vüsalə Mahirqızı məlumat yayıb. O, sosial şəbəkədə APA İnformasiya Agentliyinin fəaliyyətini davam etdirdiyi ilə bağlı post paylaşıb.

Qeyd edək ki, bu ilin fevral ayında isə Vüsalə Mahirqızının rəhbərliyi ilə ONA agentliyi açılıb.

Modern.az-ın məlumatına görə, APA və ONA bir-birindən ayrı fəaliyyət göstərəcək:

"APA əvvəlki qaydada fəaliyyətini davam etdirəcək. Fəaliyyətini bərpa etmiş agentliyin yeni fəaliyyətə başlayan ONA ilə bağlılığı yoxdur. APA-ya da rəhbərlik Vüsalə Mahirqızına tapşırılıb”.
XƏBƏR LENTİ