Aparat rəhbəri: Operativ Qərargah iş saatlarının dəyişdirilməsi ilə bağlı məsələyə baxır

Aparat rəhbəri: Operativ Qərargah iş saatlarının dəyişdirilməsi ilə bağlı məsələyə baxır
SOSİAL
20:24 12.06.2020
1176

Pik saatlarda ictimai nəqliyyatda sıxlıq olduğu üçün iş vaxtlarına dəyişiklik edilib-edilməyəcəyi məsələsinə münasibət bildirilib. 

AZXEBER.COM-un məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparat rəhbəri Elgin Həbibullayev bildirib ki, Operativ Qərargahda bu məsələyə baxılır:

"Ola bilər, müvafiq qərar qəbul olunsun ki, təşkilatlar müxtəlif vaxtlarda, yəni qrafik üzrə işə başlasın. Məsələn, hansısa təşkilat saat 9-da yox,  8-də işə başlasın, digər təşkilat 10-da işə başlasın. Ola bilər ki, belə qərar verilsin. Hazırda bu məsələ müzakirə olunur”. 

OXŞAR XƏBƏRLƏR