APOEL "Neftçi" ilə oyunun hazırlıqlarına başlayır

İDMAN
08:20 13.08.2012
1408

Avropa Liqasının "play-off" mərhələsində "Neftçi"nin rəqibi olan Kiprin APOEL klubu "ağ qaralar"la görüşün hazırlıqlarına bu gündən start verəcək.

AZXEBER.COM-un  məlumatına görə, Nikosiya təmsilçisi İvan Yovanoviçin rəhbərliyi altında ilk məşqinə çıxacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 23-də Bakıda, cavab görüşü isə bir həftə sonra - avqustun 30-da Nikosiyada keçiriləcək.

OXŞAR XƏBƏRLƏR