Qatlana bilən telefonlarla bağlı səssiz qalan "Apple”ın iki qatlana bilən iPhone prototipi istehsal etdiyi bildirilir.
AZXEBER.COM qatlana bilən iPhone-lar haqqında indiyə qədər açıqlanan bütün məlumatları toplayıb.
Cənubi Koreyalı smartfon istehsalçısı "Samsung” şirkəti ilk dəfə Galaxy Fold ilə qatlana bilən telefon bazarına girib və bazarda yarışa başlayıb. Daha sonra bir çox istehsalçı öz qatlanan modellərini satışa çıxardı.
"Apple” çoxlu qatlana bilən telefon patentləri alıb və bu mövzu üzərində işləyir. Əslində, ABŞ şirkətinin birdən çox qatlana bilən iPhone prototipi üzərində işlədiyi iddia edilir.
"The Information”ın yeni hesabatı göstərir ki, şirkət "Samsung”un Galaxy Z Flip cihazlarına bənzər üfüqi şəkildə qatlanan "ən azı iki” iPhone prototipi hazırlayır.
Əvvəlki məlumatlar da şirkətin şaquli qatlanan model üzərində işlədiyini göstərir.
Məlumata görə, "Apple”ın 2024 və 2025-ci il üçün kütləvi istehsal planları arasında qatlana bilən iPhone yoxdur. Ona görə də uzun müddət gözləməli ola bilərik.
Gülay