Aptekdən oğurluq edən şəxs tutuldu

Aptekdən oğurluq edən şəxs tutuldu
KRİMİNAL
12:02 28.07.2025
113
Ağsu rayonunda yerləşən apteklərin birindən oğurluq edilib.
 
AZXGecə saatlarında obyektə daxil olan naməlum şəxs kassada olan pulu oğurlayıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 21 yaşlı Murad Muradov saxlanılıb. 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR