Aqil M.Quliyev azadlığa buraxıla bilər

MAQAZİN
13:16 29.05.2013
1362

Bu gün Bakı Apellyasiya Məhkəməsində hazırda həbsdə olan rejissor Aqil M.Quliyevin barəsində hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmənin baxış iclası keçirilib.

AZXEBER.COM-un məlumatına görə, apellyasiya şikayətinə baxıldıqdan sonra ola bilsin ki, rejissor azadlığa buraxılsın.“Əgər məhkəmə müttəhimin birinci instansiya məhkəməsinin qərarınını icra etməyə və borcunu qaytarmağa hazır olmasına dair qərar qəbul edərsə, o, ola bilsin ki, azadlığa buraxılsın. Bu, həmçiinn birinci instansiya məhkəməsi qərarının etibarsız tanınacağı təqdirdə baş verə bilər” - məhkəmədə deyilib.Qeyd edək ki, bir müddət əvvəl Marianna Turabova adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək, Aqil.M.Quliyevin ona 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmadığını bildirib.Bundan sonra araşdırma aparılıb və məhkəmə həmin pulun A.M.Quliyevdən tutularaq şikayətçiyə qaytarılması barədə qərar qəbul edib. Lakin həmin qərar cavabdeh tərəfindən icra olunmadığından Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai Rayon Məhkəməsi həmin cinayət işi əsasında A.M.Quliyevin 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm verib. A.M.Quliyev məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan A.M.Quliyev isə apellyasiya şikayəti verib.

OXŞAR XƏBƏRLƏR