Aqşinin qəza xəbəri yalan imiş - Reklam üçün belə edib

Aqşinin qəza xəbəri yalan imiş - Reklam üçün belə edib
MAQAZİN
11:59 22.12.2018
7898
Xəbər verdiyimiz kimi, saç ifaçısı Aqşin Tariyeloğlunun qəza keçirməsi və reanimasiyaya yerləşdirilməsi haqda məlumat yayılıb.

İddiaların yalan olduğu ortaya çıxıb. Belə ki, sosial mediada musiqiçinin qəza keçirmədiyi və hazırda vəziyyətinin yaxşı olduğu deyilir. 

Bu barədə hələ ki, A.Tariyeloğlu heç bir açıqlama verməyib. 

Lakin xəbərin yalan olduğunu deyənlərdən biri də klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu olub. O, bunun reklam xarakterli olduğunu deyib və Aqşini yalan məlumat yaymaqda qınayıb.

Sosial media izləyiciləri də onu özünü belə reklam etdiyi üçün tənqid ediblər.
 
///Axşam.az
OXŞAR XƏBƏRLƏR