Braziliya yığmasının və Fransanın PSJ klubunun futbolçusu Neymar "Yeddinci koğuşdakı mucize” filmini izləyib.
AZXEBER.COM xəbər verir ki, məşhur futbolçu Aras Bulut İynəmlinin baş rolunu canlandırdığı ekran işindən 137 milyon izləyicisi olan İnstaqram hesabında foto paylaşıb.
O, film barədə hisslərini belə ifadə edib:
"Övladı olanlar mənim bu filmə baxdıqdan sonra yaşadığım hissləri başa düşə bilər. Çox gözəl filmdir, izləyəndə uşaq kimi ağladım”.