ARDNŞ-nin Türkiyədə iri enerji layihəsinin maliyyələşdirilməsi başa çatır
İQTİSADİYYAT
12:00 23.03.2014
1186
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədə neft emalı zavodunun tikintisi layihəsinin maliyyələşdirilməsi məsələsinin razılaşdırılması prosesi başa çatmaq üzrədir. Bunu ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.Onun sözlərinə görə, bütün banklar və maraqlı tərəflər martın 31-dək qüvvədə olan bu layihənin maliyyələşdirilməsində iştirak üzrə öz yekun təkliflərini təqdim ediblər.S.Qasımov vurğulayıb ki, qeyd edilən müddətədək bütün prosesi razılaşdırmaq üçün hazırda aktiv işlər görülür. Vitse-prezidentin fikrincə, bu müddət ehtiyac olduğu təqdirdə uzadıla bilər.Qeyd edək ki, "SOCAR Turkey Enerji" A.Ş. 2008-ci ildən etibarən Türkiyənin "Petkim" neft-kimya kompleksinin səhmlərinin 62 faizini əldə edib.Holdinq Türkiyədə neft-kimya məhsulları bazarında lider mövqe tutur.