ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin fevral ayında 383 ton avtomobil benzini, 86 min 168 ton dizel yanacağı, 13 min 88 ton təyyarə yanacağı, 34 min 448 ton vakuum qazoylu ixrac edib.AZXEBER.COM-un ARDNŞ-nin saytına istinadən verdiyi məlumata görə, ümumilikdə, 2014-cü ilin yanvar-fevral ayları ərzində 383 ton avtomobil benzini, 164 min 275 ton dizel yanacağı, 23 min 245 ton təyyarə yanacağı, 34 min 448 ton vakuum qazoylu ixrac edilib. Fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 970,15 dollar, təyyarə yanacağının - 959,85 dollar, dizel yanacağının - 908,73 dollar, 1 faizli kükürdlü mazutun - 632,81 dollar təşkil edib.