Argentina prezidentinin iqamətgahında mühafizəçinin cəsədi tapılıb

Argentina prezidentinin iqamətgahında mühafizəçinin cəsədi tapılıb
DÜNYA
23:35 16.12.2025
126
Argentina Prezidenti Xavyer Mileyin iqamətgahında çalışan mühafizəçi ərazidə ölü tapılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkə hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

Hadisə Olivosdakı prezident iqamətgahında baş verib. Təhlükəsizlik vəzifələrini yerinə yetirən hərbçi daxili postlardan birində huşsuz vəziyyətdə tapılıb.

Hadisə yerinə gələn həkimlər ölüm faktını təsdiqləyiblər. Məlumata görə, hazırda istintaq aparılır və bütün fərziyyələr nəzərdən keçirilir.

TN televiziyasının məlumata görə, mühafizəçinin intihar etdiyi güman edilir.
OXŞAR XƏBƏRLƏR