Arif Məlikovla vida mərasimi keçirilir - Fotolar

MƏDƏNİYYƏT
15:01 09.05.2019
3415
Xəbər verdiyimiz kimi, Xalq artisti, bəstəkar Arif Məlikov dünyasını dəyişib.

Hazırda Bakı Musiqi Akademiyasında onunla vida mərasimi keçirilir.

Mərasimə mərhumun yaxınları, iş adamları və incəsənət nümayəndələri qatılıb. Məlikovun xanımı da onunla vidalaşmağa gələnlər arasında olub.

Qeyd edək ki, bəstəkarın vida mərasiminə Prezident İlham Əliyevin də qatılacağı gözlənilir.

Xatırladaq ki, Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub. O, 86 yaşında vəfat edib.
 
///Axşam.az 
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR